20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
Uşakov: "Kiyev Putinin iqamətgahına hücum etmək üçün uzaqmənzilli dronlardan istifadə edib"
Tarix: 29-12-2025 21:13 | Bölmə: Manşet

Kiyev rejimi Novqorod vilayətindəki Rusiya prezidentinin iqamətgahına hücum etmək üçün uzaqmənzilli pilotsuz uçuş aparatlarından istifadə edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O, iqamətgaha edilən hücumu terror aktı kimi qiymətləndirib.
Uşakov jurnalistlərə bildirib ki, "Kiyev rejimi Novqorod vilayətindəki Rusiya prezidentinin iqamətgahına genişmiqyaslı uzaqmənzilli dronlardan istifadə etməklə terror aktı törədib".
29 dekabr gecəsi Ukrayna Silahlı Qüvvələri Novqoroddakı Rusiya prezidentinin iqamətgahına hücum etməyə cəhd edib. Prezidentin köməkçisinin sözlərinə görə, hücum Mar-a-Laqoda ABŞ-Ukrayna danışıqlarının başa çatmasından dərhal sonra baş verib.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər