Bütün xəbərlər
Zelenski: "Ukraynada hərbi vəziyyət təhlükəsizlik zəmanətlərindən sonra ləğv ediləcək"
Tarix: 29-12-2025 14:01 | Bölmə: Manşet

Kiyev Qərbdən təhlükəsizlik zəmanətləri aldıqdan sonra Ukraynada hərbi vəziyyət ləğv ediləcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev lideri Vladimir Zelenski bildirib.
Zelenski əlavə edib ki, Kiyev təhlükəsizlik zəmanətlərinə Qərbin Ukraynadakı vəziyyətin monitorinqini, eləcə də ölkədəki hərbi qüvvələrinin mövcudluğunu daxil etdiyini başa düşür.
Ukrayna jurnalistləri onun sözlərini sitat gətiriblər: "Hərbi vəziyyət Ukrayna təhlükəsizlik zəmanətləri aldıqda başa çatacaq.Təhlükəsizlik zəmanətləri olmadan bu müharibə həqiqətən bitməyib; biz onun bitdiyini bilə bilmərik".
"Bild" qəzeti daha əvvəl Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında Avropa liderləri ilə aparılan danışıqlardan sonra Qərb ölkələrindən Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində irəliləyişlər olduğunu bildirib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər