Bütün xəbərlər
Zalujnı yanvarın əvvəlində Londondakı səfir vəzifəsindən ayrılmağa hazırlaşır
Tarix: 29-12-2025 11:25 | Bölmə: Siyasət

Ukrayna mediası siyasi və diplomatik dairələrdəki mənbələrə istinadən Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnın yanvarın əvvəlində vəzifəsindən ayrılmağa hazırlaşdığını bildirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vladimir Zelenskinin ofisinə yaxın mənbələrə görə, Zalujnı bir neçə həftə əvvəl Kiyevə səfəri zamanı Londondakı səfir vəzifəsindən ayrılmaq istəyini bildirib.Mənbələrə görə, Zalujnı və Zelenski Ukraynanın Baş nazirindən Prezident Aparatının rəhbəri vəzifəsinə qədər müxtəlif variantları müzakirə ediblər.
Başqa bir mənbəyə görə, Zalujnı çox güman ki, Kiyevə qayıtmaq istəyir və "heç nə onun qərarına təsir etməsə", bunu 4-5 yanvar tarixlərində elan edə bilər.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər