21:27 / 17-12-2025
Məktəbdə asma tavan uçub
Bütün xəbərlər
Polşa ölkədə ABŞ qoşunlarının sayının artırılması ilə bağlı danışıqlar aparır
Tarix: 18-12-2025 11:50 | Bölmə: Dünya

Polşa hakimiyyəti Ağ Evlə ölkədə ABŞ qoşunlarının sayının artırılması ilə bağlı danışıqlar aparır. Bu barədə Polşa Prezidentinin Kansleri Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Prjidaç bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, hazırda ABŞ-da səfərdədir. Prjidaç Pentaqonun təhlükəsizlik siyasəti üzrə məsul qərargah rəisinin müavini Elbric Kolbi ilə danışıqlar aparıb.
"Pentaqondan Polşadakı Amerika qoşunlarının planlaşdırılan və mövcud sayda qalacağına dair zəmanət aldım", - İnterfaks Polşa bürosunun rəhbərinin sözlərinə istinadən bildirib.
O, həmçinin vurğulayıb ki, hazırda bu iştirakı daha da artırmaq üçün işlər görülür.
Bir müddət əvvəl Polşa Silahlı Qüvvələri Baş Qərargahının Təhsil Departamentinin rəisi, briqada generalı Rafal Miernik Polşanın gec-tez məcburi hərbi xidməti bərpa edəcəyini bildirmişdi. Polşa Soyuq Müharibədən bəri ilk dəfə olaraq piyada əleyhinə minalar istehsal etməyə başlamağı planlaşdırır.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər