Bütün xəbərlər
"Bloomberg": ABŞ Venesuela sahillərində daha bir neft tankerini ələ keçirib
Tarix: 21-12-2025 19:36 | Bölmə: Dünya

ABŞ Venesuela sahillərində daha bir neft tankerini ələ keçirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Bloomberg" bu barədə mənbələrə istinadən məlumat yayıb.
Söhbət ABŞ sanksiyalarına məruz qalan Panama bayrağı altında üzən "Bella 1" gəmisindən gedir.
"ABŞ Venesuela yaxınlığında daha bir neft tankerini ələ keçirib", - deyə, məlumatda bildirilir.
Agentliyin məlumatına görə, gəmi neft yükləmək üçün Venesuelaya gedirdi.
Bu, Venesuela yaxınlığında neft tankerinin üçüncü dəfə ələ keçirilməsidir.
Daha əvvəl ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem 20 dekabr səhər tezdən ABŞ Sahil Mühafizəsinin Pentaqonun dəstəyi ilə Venesueladakı limandan çıxan bir neft tankerini saxladığını açıqlamışdı. 10 dekabrda ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun Venesuela sularında böyük bir neft tankerini saxladığını açıqlamışdı.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər