Bütün xəbərlər
İsrail və Qəzzaya raket zərbələri endirilir
Tarix: 02-02-2023 10:56 | Bölmə: Dünya


Fevralın 2-də səhər saatlarında Fələstin ərazisindən İsrailə ən azı bir raket atılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücuma cavab olaraq İsrail Müdafiə Qüvvələri təyyarələri havaya qaldırıb.
Cümə axşamı səhər saatlarında İsrailin bir neçə sərhəd bölgəsində hava hücumu sirenləri eyni anda səslənib. "The Jerusalem Post" xəbər verir ki, Sderot, İvime və Nir-Ama raket zərbəsi təhlükəsi ilə üzləşib. Sderotda güclü partlayış səsi eşidilib. İsrail ordusu daha sonra Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin Qəzza zolağından atılan raketi ələ keçirdiyini təsdiqləyib.
Fələstinin hücumuna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağına hava zərbələri endirib. İsrail ordusunun məlumatına görə, raket hücumlarının hədəfi döyüş sursatı istehsalı üçün istifadə edilən kimyəvi xammalın istehsalı və saxlanması ilə bağlı HƏMAS obyektləri olub.


Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər