Bütün xəbərlər
Boris Conson döyüş təyyarəsi sürdü - Video
Tarix: 19-07-2022 01:23 | Bölmə: Dünya

                     Boris Conson döyüş təyyarəsi sürdü



Böyük Britaniyanın Baş naziri Boris Conson Kral Hərbi Hava Qüvvələrinə məxsus “Tayfun” qırıcıları ilə uçuşunu videoya çəkib.
“Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, o, döyüş təyyarəsinin təlim uçuşunda iştirak edib.
Videonu təyyarənin kabinəsindən Conson özü çəkib.
Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.


                


Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər