Bütün xəbərlər
“Makronu təbrik etmək üçün zəng vurdum, dedilər, Eyfeldə əylənir” - Bayden
Tarix: 25-04-2022 22:19 | Bölmə: Dünya

                   “Makronu təbrik etmək üçün zəng vurdum, dedilər, Eyfeldə əylənir”



ABŞ Prezidenti Co Bayden Fransada keçirilən prezident seçkilərində ikinci dəfə qalib gələn Fransa Prezidenti Emmanuel Makrona dünən zəng vuraraq, təbrik etmək istədiyini, lakin danışa bilmədiyini və bu gün telefon zəngi edəcəyini deyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Bayden həftəsonunu keçirdiyi Delaverdən Vaşinqtona gələrkən hava limanında jurnalistlərə danışıb.
"Dünən axşam Makronla danışmağa çalışdım. Onun işçiləri ilə danışdım, onlar Makronun Eyfel qülləsində əyləndiyini söylədilər. Bu gün onunla danışacağam”, - Bayden bildirib.
O, Fransada keçirilən seçkilərin nəticəsindən məmnun qaldığını qeyd edib.


Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər