Bütün xəbərlər
Qazaxıstanda Rusiyanı işğalda ittiham edən yeni cəbhə yaradıldı - Video
Tarix: 07-01-2022 22:23 | Bölmə: Dünya

                 Qazaxıstanda Rusiyanı işğalda ittiham edən yeni cəbhə yaradıldı


Qazaxıstanda bir qrup etirazçı “Qazaxıstan Azadlıq Cəbhəsi” adlı silahlı dəstə yaratdıqlarını elan ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onlar video-müraciət yayıblar. Qruplaşma özlərini hakimiyyətin zülmünə və yalanlarına qarşı çıxan üsyankar döyüşçü adlandırıblar.
Onlar qruplar şəklində toplaşıb düşmənlərə qarşı hücuma keçməyə çağırış ediblər, Ukrayna və Belarusdakı dövlət çevrilişinə cəhdləri xatırladıblar. Həmçinin, Rusiyanı Qazaxıstanın işğalçısı kimi qeyd ediblər.
Bəzi məlumatlara görə, sözügedən videonun saxta olması mümkündür. Görüntünün mənşəyi və danışanların kimliyi hələlik məlum deyil.

           


Baxış sayı: 255


Bölməyə aid digər xəbərlər