Bütün xəbərlər
“TikTok”da zarafat edən səfir geri çağırıldı - Video
Tarix: 04-11-2021 11:44 | Bölmə: Dünya

                   “TikTok”da zarafat edən səfir geri çağırıldı


Boliviyanın Paraqvaydakı səfiri Mario Kronembold Aponte “TikTok”da zarafat etdiyinə görə vəzifəsindən azad olunub.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb diplomatın “TikTok”da Paraqvayın ənənələrindən biri barədə qeyri-ciddi paylaşım etməsi olub.
Bundan sonra Paraqvay Deputatlar Palatası paylaşımın təhqiramiz olduğuna qərar verib. Kronembold “persona non qrata” kimi tanınıb.
Qeyd edək ki, diplomat tənqidlərdən sonra videonu silib. Mario Kronembold Aponte videoda Paraqvayda ənənəvi içki olan “terere” haqqında zarafatla danışıb və yerli sakinlərə xas olan danışıq tərzini yamsılayıb. 

             



Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər