Bütün xəbərlər
Balaca qız açılış lentini Ərdoğandan əvvəl kəsdi, gündəm oldu - Video
Tarix: 29-10-2021 08:31 | Bölmə: Dünya

                    Balaca qız açılış lentini Ərdoğandan əvvəl kəsdi, gündəm oldu


Türkiyənin paytaxtı Ankarada Millət Baxçasının açılışı zamanı maraqlı anlar yaşanıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ənənəyə uyğun olaraq, açılışda lent kəsmə mərasiminə dövlət rəsmiləri ilə yanaşı, azyaşlı uşaqlar da qatılıb.
Prosesdən öncə dua edilib. Dua edilən zaman isə balaca qız əlindəki qayçıyla lenti hamıdan qabaq kəsib. Təşkilatçılar yeni lent gətirmək məcburiyyətində qalıb. Azyaşlı bu dəfə də lenti yarıya qədər kəsib. 
Sonda çıxış yolu olaraq balaca qızın əlindən qayçı alınıb. Amma bu da azyaşlını dayandıra bilməyib. O, yarıda qoyduğu işi əlləriylə tamamlayaraq lenti qoparıb.

                     


Baxış sayı: 260


Bölməyə aid digər xəbərlər