Bütün xəbərlər
Türkiyədə 4 rusiyalı casusluq ittihamı ilə saxlanıldı
Tarix: 21-10-2021 15:28 | Bölmə: Dünya

                      Türkiyədə 4 rusiyalı casusluq ittihamı ilə saxlanıldı


Türkiyədə 4 Rusiya vətəndaşı casusluqda ittiham olunaraq saxlanılıb.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, həmin şəxslər İstanbulun Baş Prokurorluğunun əməkdaşları tərəfindən qanunsuz kəşfiyyat fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.
Məlumata əsasən, siyasi və hərbi casusluq ittihamı üzrə 4 Rusiya vətəndaşı ilə yanaşı, 1 Ukrayna və 1 Özbəkistan vətəndaşı da saxlanılıb.
Həmçinin qeyd olunur ki, saxlanılan şəxslər Türkiyədə olan çeçen müxaliflərə qarşı birgə silahlı hücum hazırlayıb və bu məqsəd üçün silah da alıblar.


Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər