Bütün xəbərlər
“Həm Putin, həm də “Sputnik V” həmişəki kimi işləyir” - Peskov
Tarix: 16-09-2021 00:19 | Bölmə: Dünya

                  “Həm Putin, həm də “Sputnik V” həmişəki kimi işləyir”


“Prezident Vladimir Putin tamamilə sağlamdır və özünü yaxşı hiss edir. “Sputnik V” vaksinin təsiri yüksəkdir”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Putin özünü təcrid etdi, Rəisi ilə görüş təxirə düşdü - Yenilənib
“Özünü əla hiss edir, tamamilə sağlamdır və işləməyə davam edir. Belə deyə bilərəm: həm Putin, həm də “Sputnik V” həmişəki kimi işləyir. “Sputnik V”nin səmərəliliyi sübut olunub və çox yüksəkdir. Prezident Putinin səmərəliliyi isə daha yüksəkdir”, - deyə Peskov bildirib.
Xatırladaq ki, Putin ətrafında koronavirusa yoluxan insanlar olduğundan dünən özünütəcrid rejiminə keçib. Peskov Prezidentin bütün zəruri testləri verdiyini bildirmişdi.


Baxış sayı: 256


Bölməyə aid digər xəbərlər