Bütün xəbərlər
Zelenski Merkeli “Azadlıq” ordeni ilə təltif etdi
Tarix: 23-08-2021 00:17 | Bölmə: Dünya

                   Zelenski Merkeli “Azadlıq” ordeni ilə təltif etdi



Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya Kansleri Angela Merkeli ölkənin dövlət mükafatı – “Azadlıq” ordeni ilə təltif edib.
Bu barədə “Qafqazinfo” dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
“Sentyabrda Almaniya yeni kansleri seçəcək. Şəxsən mən əminəm ki, xanım Merkel Almaniya və Avropanın siyasi həyatının fəal iştirakçısı olaraq qalacaq. Amma bilin ki, istənilən halda, istənilən statusda və istənilən vaxt siz həmişə Ukraynada arzuolunan qonaq olacaqsınız. Təşəkkür edirəm”, - ukraynalı lider qeyd edib.
Avqustun 22-də Almaniya Kansleri Angela Merkel Prezident Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edib. Kiyevdə aparılan danışıqlar zamanı liderlər “Şimal Axını-2”nin işə salınmasını, həmçinin Donbassdakı vəziyyəti müzakirə ediblər.













Baxış sayı: 292


Bölməyə aid digər xəbərlər