Bütün xəbərlər
Roma Papası əməliyyatdan sonra ilk dəfə dindarların qarşısına çıxıb
Tarix: 11-07-2021 16:10 | Bölmə: Dünya

Roma Papası əməliyyatdan sonra ilk dəfə dindarların qarşısına çıxıb



Roma Papası Fransisk əməliyyatdan sonra ilk dəfə xəstəxananın eyvanında möminlərin qarşısına çıxıb.
APA-nın “RİA Novosti”-yə istinadən məlumatına görə, onun üzərində edilən bağırsaq əməliyyatından sonra, bazar günü günorta saatlarında Romadakı Cemelli klinikasının 11-ci mərtəbəsinin balkonunda möminlərin qarşısına çıxıb. Onun dindarlarla ənənəvi görüşü Müqəddəs Taxtın Vatikan Media TV şirkəti və İtaliyanın dövlət televiziyası Rai tərəfindən canlı yayımlanır.
Normalda Papa bu duanı bazar günü Vatikan Apostol Sarayının pəncərəsindən xütbə ilə oxuyur.
Bu gün isə Papa Fransisk bir qədər yorğun görünürdü, ancaq o, xəstəxana binasının qarşısına toplaşan möminləri məmnuniyyətlə salamlayıb: "Əziz qardaşlar və bacılar, xeyir günlər! Hamınıza təşəkkür edirəm. Həqiqətən sizin yaxınlığınızı və dualarınızın dəstəyini hiss etdim. Çox sağ olun!"


Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər