“Oskar” mükafatlı məşhur aktrisa vəfat etdi
Tarix: 02-05-2021 12:47 | Bölmə: Dünya

                  “Oskar” mükafatlı məşhur aktrisa vəfat etdi


Amerikalı aktrisa Olimpiya Dukakis 89 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun qardaşı Apollo Dukakis bildirib.
“Mənim sevimli bacım Olimpiya Dukakis bu səhər Nyu-Yorkda dünyadan köçdü”, - o, feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, bacısı bir neçə ay davam edən sağlamlıq problemlərindən sonra vəfat edib.
Qeyd edək ki, yunan immiqrantların qızı Dukakis 1931-ci il iyunun 20-də ABŞ-ın Louell şəhərində (Massaçusets ştatı) anadan olub. Onun kino karyerası 1960-cı illərdə başlayıb. Dukakis 56 yaşında çəkildiyi “Ayın gücü” filmində ən yaxşı ikinci plan qadın roluna görə “Oskar” və “Qızıl qlobus”a layiq görülüb. Karyerası boyu kinoda 60-dan çox rol oynayıb, 50-dən çox teleserialda çəkilib. O, həmçinin “Polad maqnoliyalar” (1989) filmi ilə məşhurdur.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər