12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı
Tarix: 12-04-2021 14:00 | Bölmə: Dünya
                       Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı


“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisini bu il də davam etdirir.

Azərbaycan dilini tələbələrə birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Gənclərə ölkəmizin, zəngin mədəniyyəti və adət-ənənələri və həqiqətləri ilə bağlı geniş məlumat verilir.

Universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 350-dən çox tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı da müraciət ediblər. Birliyin sədri bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələrə əlavə kursların təşkil ediləcəyini söyləyib.

Ötən illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən bir qrup tələbə hazırda diaspor mərkəzində təhsilini davam etdirir. Artıq həmin tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar var.



Baxış sayı: 427


Bölməyə aid digər xəbərlər