Bütün xəbərlər
Taylandda futbol komandası mağarada itkin düşüb
Tarix: 24-06-2018 13:28 | Bölmə: Dünya

                

Taylandın Xuaxin şəhərində yerləşən Kxao Luanq mağarasında 11 nəfərdən ibarət futbol komandası və məşqçi itkin düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Bangock Post" qəzeti yazıb.
Bildirilir ki, xilasedicilər idmançıların olduğu yeri müəyyən etməyə çalışırlar.
Məlumata görə, milli park əməkdaşları şənbə günü yerli vaxtla 19:00-da mağaranın girişində motosiklet və 11 velosiped, həmçinin bel çantaları, futbol ayaqqabıları və digər idman avadanlıqları aşkar ediblər.


Baxış sayı: 741


Bölməyə aid digər xəbərlər