Bütün xəbərlər
Bayden hökumətə Trampın təhlükəsizliyini təmin etməyi tapşırıb
Tarix: 16-09-2024 09:23 | Bölmə: Dünya

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxs həbsdədir, Ağ Ev rəhbəri Co Bayden bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “şübhəli şəxs həbsdədir və mən Məxfi Xidməti və onun hüquq-mühafizə tərəfdaşlarını ayıq-sayıqlığına və keçmiş prezidentin və onun ətrafının təhlükəsizliyini təmin etmək səylərinə görə alqışlayıram”-Amerika lideri deyib.
Onun sözlərinə görə, ABŞ-da siyasi və ya hər hansı digər zorakılığa yer yoxdur. Bayden qeyd edib ki, o, hökumətə Trampın təhlükəsizliyini ən yüksək səviyyədə və davamlı şəkildə təmin etmək üçün bütün resurslardan istifadə etməyi tapşırıb.
"Keçmiş prezidentin xəsarət almadığını eşidəndə rahatladım", - ABŞ prezidenti əlavə edib.
Bazar günü Floridada Trampın qaldığı qolf klubunun yaxınlığında atışma baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Məxfi Xidmət əməkdaşları kolların arasında gizlənən silahlı şəxsə atəş açıblar. Kişi avtomobillə qaçmağa çalışsa da, polis onu saxlayıb. Onun göründüyü yerdə teleskopik nişangahı olan AK-47 avtomat tüfəngi, iki bel çantası və GoPro aksiya kamerası aşkar edilib. FTB işi araşdırır. ABŞ rəsmiləri hadisəni sui-qəsd cəhdi kimi qiymətləndirirlər.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər