Bütün xəbərlər
"Fransa 3 Regionları": Fransada 60 miqrant ovçulara hücum edib
Tarix: 16-09-2024 19:54 | Bölmə: Dünya

Miqrantlar La Manş sahilindəki daxmada gecələyən üç ovçuya və onlardan birinin üç yaşlı oğluna pala və dəmir çubuqlarla hücum ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fransızlar evdə barrikada quraraq jandarmları gözləyə biliblər.
Miqrantlar Fransanın şimal-qərbində olublar və La-Manş boğazını keçmək niyyətində olublar, lakin onların qarşısı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb. Qəzəblənən şəxslər yaxınlıqda gecələyən ovçuların polisə müraciət etdiklərinə inanıblar.
Hücumçular bazar günü gecə ovçuların sığınacağına hücum ediblər. "France 3 Regions" telekanalı yazır ki, onlar fransız avtomobillərinin şüşələrini sındırıb, əşyalarını oğurlayıblar və hətta ov edərkən tutulan ördəyin başını kəsiblər.
Miqrantlar ovçuların barrikada qurduqları evə girə bilməyiblər. Səhər saatlarında gələn jandarmlar onları xilas edə bilib.
Milli Ovçular Federasiyasının rəhbəri Willy Schraen-in sözlərini kanal öz saytında sitat gətirir: "Miqrasiya axınının qarşısını almaq üçün həll yollarını tapmaq təcilidir".
Avqust ayında media iki miqrantın şişmə qayıqla Manş boğazını keçərək Fransadan Böyük Britaniyaya keçmək istəyərkən həlak olması barədə yazmışdı.


Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər