Bütün xəbərlər
Oksana Fedorova "Rusiya Federasiyasının əməkdar artisti!" adına layiq görülüb
Tarix: 19-09-2024 16:16 | Bölmə: Mədəniyyət

Teleaparıcı, “Miss Rusiya” və “Kainat gözəli” müsabiqələrinin qalibi Oksana Fedorova (Borodina) "Rusiyanın əməkdar artisti" adına layiq görülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncam hüquqi informasiyanın rəsmi portalında dərc olunub, teleaparıcı uzun illər səmərəli fəaliyyətinə və mədəniyyət sahəsində xidmətlərinə görə təltif edilib.
Fedorova "Fort Boyard" beynəlxalq televiziya oyununun, "Subbotnik" verilişinin aparıcısı kimi tanınır və 20 ildən artıqdır ki, "Gecəniz xeyrə qalsın, uşaqlar!" Rusiya telekanalında, həm də Xeyriyyə Fondunun prezidentidir.


Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər