Bütün xəbərlər
Nehammer: "Pis hava şəraitinə görə Avstriyanın infrastrukturuna ciddi ziyan dəyib"
Tarix: 15-09-2024 21:11 | Bölmə: Dünya

Əlverişsiz hava şəraiti ilə əlaqədar Avstriyanın infrastrukturuna ciddi ziyan dəyib, kansler Karl Nehammer X sosial şəbəkəsində yazıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xüsusilə, zərər çəkmiş bölgələrdən olan məktəblilər məktəbə gedə bilməyəcəkləri təqdirdə dərs buraxdıqları üçün bağışlanacaqlar. Bəzi bölgələrdə məktəblər tamamilə bağlanacaq.
Bundan əvvəl Avstriya KİV-ləri leysan yağışlar səbəbindən Vyana çayının daşması, buna görə də eyniadlı şəhərdə sakinlərin təxliyyəsinə başlanıldığını yazıb. Bundan əlavə, dörd yerli metro xətti artıq fasilələrlə işləyir.
Futbol üzrə Avstriya çempionatının iki oyununun birdən-birə təxirə salınması qərara alınıb. Bununla belə, alınmış biletlər qüvvədə qalacaq.
Xatırladaq ki, hazırda Avropanı “Boris” siklonu əhatə edir. Polşa, Moldova, Çexiya, Rumıniya, Avstriya və Almaniya elementlərin hücumuna məruz qalır.


Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər