Bütün xəbərlər
"Walla": İsrail Hizbullahla döyüşəcəyi təqdirdə peycerləri partlatmağı planlaşdırırdı
Tarix: 18-09-2024 15:06 | Bölmə: Manşet

İsrail Livana verilən peycerləri Hizbullahla döyüşsə, partlatmağa ümid edirdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrailin Walla portalı yazır.
Mənbənin materialında qeyd edildiyi kimi, peycerlərin köməyi ilə İsrail hakimiyyəti münaqişə tərəfləri arasında birbaşa toqquşma baş verəcəyi təqdirdə qrupun hərəkətlərini iflic edəcəyinə ümid edirdi. Rabitələrin vaxtından əvvəl kəsilməsi İsrail planının ifşa olunması qorxusu ilə əlaqələndirilir.
İsrail “ya indi, ya da heç vaxt” vəziyyətində olduqlarını hiss etdi və Hizbullah tərəfdarlarının peycerlərini mümkün qədər tez partlatmaq üçün əməliyyat keçirməyə qərar verdi. Partlayışlar başlamazdan bir neçə dəqiqə əvvəl Pentaqona “müəyyən əməliyyat” barədə məlumat verilib, lakin heç bir təfərrüat verilməyib.
Sentyabrın 17-də Livanın müxtəlif ərazilərində peycerdə silsilə partlayışlar baş verib. Ölkənin Səhiyyə Nazirliyi dörd mindən çox insanın təsirləndiyini, ən azı 11 nəfərin öldüyünü bildirdi.


Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər