15:38 / 24-09-2026
Bir at ayı hücumundan sağ çıxdı
15:37 / 24-09-2026
Kiyevdəki böyük bir tekstil fabrikinin əsas istehsal müəssisəsi yanıb
15:35 / 24-09-2026
Almaniyanın Rusiyaya qarşı ittihamları "əbədi müharibəyə" səbəb ola bilər
15:31 / 24-09-2026
Üç yaşlı qız 11-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
13:29 / 24-09-2026
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
13:21 / 24-09-2026
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
21:29 / 23-09-2026
Lavrov Fars körfəzindəki böhranı Misir xarici işlər naziri ilə müzakirə etdi
21:24 / 23-09-2026
Avtomobil yanğınında bir kişi ölüb
21:21 / 23-09-2026
Lokomotivi yandırdığına görə mühakimə olunacaq
21:19 / 23-09-2026
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
21:15 / 23-09-2026
Qadın polis iki dəfə ayıları zərərsizləşdirib
21:12 / 23-09-2026
Rusiya milli futbol komandasının keçmiş qapıçısı Ruslan Niqmatullin qız övladı dünyaya gətirib
21:09 / 23-09-2026
Vaynşteyn cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
21:05 / 23-09-2026
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
21:01 / 23-09-2026
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
20:58 / 23-09-2026
Vəkil: "Ciqan 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər"
19:46 / 23-09-2026
Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya Qərb silahlarının verilməsinin nəticələri barədə xəbərdarlıq etdi
19:42 / 23-09-2026
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Rusiyanı ittifaq üçün təhlükə hesab etmir
19:39 / 23-09-2026
Yekaterinburqda üç yeniyetmə yoldan keçənə hücum edib; cinayət işi açılıb
19:35 / 23-09-2026
Taxıl elevatorunda bir qadın ölüb
19:32 / 23-09-2026
15 yaşlı oğlan elektrik cərəyanı vurması nəticəsində ölümcül xəsarət alıb
19:28 / 23-09-2026
Lavrov və Rubio BMT Baş Assambleyasının iclası çərçivəsində görüşdülər; danışıqlar təxminən bir saat davam etdi
19:25 / 23-09-2026
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
19:21 / 23-09-2026
Hərbi ekspert deyir ki, Kiyevin "Patriot" raket istehsalına başlaması illər çəkəcək
19:17 / 23-09-2026
Polşa Rusiyanı hava məkanını pozmaqda ittiham edib
19:15 / 23-09-2026
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
19:12 / 23-09-2026
Böyük Britaniyada hərbi təyyarə qəzaya uğrayıb
19:09 / 23-09-2026
Sərxoş kişi kafedə qarışıqlıq yaradıb
18:50 / 22-09-2026
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
18:44 / 22-09-2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
18:38 / 22-09-2026
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18:28 / 22-09-2026
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
18:16 / 22-09-2026
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
18:13 / 22-09-2026
İrlandiyalı jurnalist Zelenski və Makronu Nyu-Yorkdakı davranışlarına görə qınadı
18:05 / 22-09-2026
Kanye Uest konsert biletləri üçün 160.000 rubl tələb etmək niyyətindədir
17:57 / 22-09-2026
Səyahət mütəxəssisi koronavirus epidemiyalarının real təhlükəsini izah etdi
17:53 / 22-09-2026
15 yaşlı yeniyetmə kollecdə atəş açıb
17:49 / 22-09-2026
Rubio: "Tramp BMT Baş Assambleyasının kənarında İran Prezidenti ilə görüşməyə hazırdır"
17:46 / 22-09-2026
Litva Seymi nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini birinci oxunuşda təsdiqlədi
Çoxşaxəli Azərbaycan-İtaliya əməkdaşlığı-Kamal Paşazadə
Tarix: 10-09-2024 12:22 | Bölmə: Siyasət

Prezident İlham Əliyev: “Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər”
Bugünlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfəri edib. Azərbaycan Prezidentinin İtaliyaya uğurlu səfəri iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımdır. Səfər çərçivəsində Prezident İlham Əliyevin Romada İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub. Görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğu qeyd edilib. Son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizin başçısı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, İtaliya-Azərbaycan əlaqələrinin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğulayıb, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bildirib.
Dövlətimizin başçısı Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni ildə görüşüb. Ciorcia Meloni ilə İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparılıb. İki ölkə arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Bu xüsusda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olunub. Nəzər çatdıraq İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətıli dərəcədə təsir edib.
Həmçinin Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Baş nazir Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.
Prezident İlham Əliyev İtaliya səfəri çərçivəsində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada da iştirak edib. Dövlətimizin başçısı forumdakı çıxışında deyib ki, uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər: “Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Mattarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”. Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamə və digər sənədlər imzalanıb. Azərbaycan və İtaliya arasında imzalanmış "Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamə" iki dövlət arasında həm siyasi, həm iqtisadi, həm də strateji əməkdaşlığın daha da inkişaf etdirilməsini özündə ehtiva edən ən mühüm sənədlərdən biridir. Bunu da qeyd etmək yerinə düşər ki, bu gün İtaliya Azərbaycanla beynəlxalq layihələrdə əməkdaşlıq edir, belə ki, Azərbaycan qazı Cənubi Qaz Dəhlizi vasitəsilə (TAP Avropa hissəsi) İtaliyaya çatır. Sənədin digər önəmli tərəfi isə hər iki dövlətin qarşılıqlı olaraq, bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmasıdır. Bu sənəd Avropa Birliyi ilə münasibətlərə də töhfə verməsi danılmazdır. Qarşılıqlı dövlət əhəmiyyətli sənədlərin mübadiləsi hər iki dövlətin gələcəkdə də əməkdaşlıqdan məmnunluğunun bariz nümunəsidir.
İtaliya Azərbaycanın ən əsas xarici ticarət tərəfdaşlarından biridir. Cənab Prezidentin qeyd etdiyi kimi, iki ölkə arasında ticarət əməkdaşlığı olduqca fəaldır: “İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir”. Bir nüansı xüsusilə vurğulamaq lazımdır ki, son illər Azərbaycan və İtaliya arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir. 2018-ci ildə İtaliya senatının sədri, xanım Maria Elisabetta Alberti Kasellatinin, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərləri, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya geniş tərkibli rəsmi dövlət səfəri Azərbaycan və İtaliya arasındakı mövcud əlaqələrin daha da sürətli inkişafından xəbər verir. Dövlət başçıları görüşlər və müzakirələr zamanı ikitərəfli münasibətlərin strateji xarakterini təsdiq ediblər.
Prezident İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə də görüşüb. Bu görüşlərdə “Ansaldo Energia” şirkətinin və “Acwa Power”in Azərbaycanda enerji stansiyalarının tikintisi istiqamətində görülən işlərdən danışılıb.
Cənab Prezidentin İtaliya səfərində iki ölkə arasında enerji sahəsində əməkdaşlığın önəmi bütün görüşlərdə qabardılıb. Bu baxımdan TAP layihəsi xüsusi vurğulanmalıdır. Çünki hazırda TAP layihəsi həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, hazırda bu layihə Avropanın 10 ölkəsinin enerji təchizatında vacib rol oynayır.
İtaliya Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrə hər zaman dəstək olmağa çalışır. Azərbaycanı, həmçinin Avro Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. Eyni zamanda 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Bütün bunların fonunda Prezident İlham Əliyevin İtaliyaya dövlət səfərini Azərbaycan xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirmək olar.
Kamal Paşazadə,
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Baxış sayı: 579
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:21
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
16-09-2026, 19:50
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
16-09-2026, 19:21
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
15-09-2026, 18:07
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
15-09-2026, 17:53
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
15-09-2026, 12:29
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva
14-09-2026, 18:03
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
13-09-2026, 16:43
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
12-09-2026, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
10-09-2026, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
9-09-2026, 14:29
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
8-09-2026, 14:39
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
8-09-2026, 14:15
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
7-09-2026, 16:33
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
7-09-2026, 16:16
Mendel Ukraynadakı münaqişənin həlli üçün yeni şərtlərdən danışdı
6-09-2026, 18:28
Zaxarova Berlindəki Rus Evinin niyə bağlandığını izah etdi
3-09-2026, 12:43
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
2-09-2026, 18:19
Ermənistana AB ilə AAİ arasında yekun qərar verməsi tövsiyə edildi
1-09-2026, 12:26
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
1-09-2026, 12:17
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
1-09-2026, 12:14
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
31-08-2026, 22:02
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
31-08-2026, 17:34
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
31-08-2026, 16:40
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
31-08-2026, 15:38
Xarici Kəşfiyyat Xidməti (XKX) AŞPA və Avropa Parlamentinin Rusiyadakı seçkiləri tanımadıqlarını elan etmək planlarını açıqladı