Bütün xəbərlər
AP Kiyevə Rusiya ərazisinə zərbə endirmək üçün icazə tələb edən qətnamə qəbul edib
Tarix: 19-09-2024 16:29 | Bölmə: Manşet

Strasburqda keçirilən plenar iclasda Avropa Parlamenti səs çoxluğu ilə Aİ ölkələrini Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirməsinə dair bütün məhdudiyyətləri dərhal aradan qaldırmağa çağıran qətnamə qəbul edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 425 deputat bu təşəbbüsü dəstəkləyib, 131 deputat əleyhinə çıxıb, 63 deputat isə bitərəf qalıb. Bu cür qətnamələr məsləhət xarakteri daşıyır və Avropa İttifaqı və Aİ-yə üzv dövlətlər üçün məcburi deyil.
NATO-nun baş katibi Yens Stoltenberq bu həftənin əvvəlində bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə Rusiya Federasiyasının dərinliklərində uzaqmənzilli raket zərbələri endirməsinə icazə verilməsi gərginliyə səbəb olacaq qırmızı xətt olmayacaq. Prezident Vladimir Putin xəbərdarlıq edib ki, bu, əslində NATO ilə Rusiya Federasiyası arasında müharibənin başlanması demək olacaq.


Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər