Bütün xəbərlər
Von der Leyen sentyabrın 20-də Kiyevdə Zelenski ilə Ukraynanın enerji təhlükəsizliyini müzakirə edəcək
Tarix: 19-09-2024 16:37 | Bölmə: Manşet

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə enerji təhlükəsizliyi məsələlərini şəxsən müzakirə etmək üçün Ukraynaya səfər edəcəyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, səfərini Brüsseldə mətbuat konfransı zamanı açıqlayıb.
"Mən sabah Zelenski ilə bu məsələləri şəxsən müzakirə etmək üçün Kiyevə gedirəm" deyib.
İki gün əvvəl Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bildirmişdi ki, Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,4 milyard avro gəlir göndərib. O, aydınlaşdırıb ki, tranş Ukrayna ordusu üçün hava hücumundan müdafiə texnikası və sursatlarının tədarükü xərclərini ödəmək üçün nəzərdə tutulub.


Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər