Bütün xəbərlər
CNN: ABŞ Maduronun təyyarəsini ələ keçirərək Floridaya göndərib
Tarix: 02-09-2024 22:07 | Bölmə: Dünya

ABŞ Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini müsadirə edərək Floridaya aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, CNN-in məlumatına görə, buna əsas kimi Amerika hakimiyyətinin təyyarənin Venesuelaya tətbiq olunan sanksiyalardan yayınaraq əldə edilməsinə dair şübhələri dayanıb. Təyyarə bazar ertəsi Dominikan Respublikasından köçürülüb.
İyulun 28-də Venesuelada keçirilən prezident seçkilərində Nikolas Maduro 51,95% səs toplayaraq qalib gəlib. Lakin Mariya Korina Maçadonun rəhbərlik etdiyi müxalifət qüvvələri seçkinin nəticələrini tanımayıb və bu, Karakasda etirazlara və iğtişaşlara səbəb olub. Maduro buna cavab olaraq ABŞ və milyarder İlon Maskı çevrilişə cəhddə ittiham edib.
Bundan əvvəl “The Wall Street Journal” ABŞ-ın Maduronu hakimiyyətdən imtina müqabilində 2020-ci ildə narkotik-terrorçuluqda iştirak etdiyinə görə ona qarşı irəli sürülən ittihamlardan azad edəcəyinə söz verdiyini yazmışdı.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər