Bütün xəbərlər
Kriştianu Ronaldu dünya çempionatları tarixində het-trik edən ən yaşlı futbolçu olub
Tarix: 16-06-2018 11:29 | Bölmə: Dünya

                      

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatları tarixində het-trik edən ən yaşlı futbolçu olub.
“Report” FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Real Madrid”in forvardı DÇ-2018-də “B” qrupunun I turunda İspaniya yığması 3:3 hesabı ilə başa çatan görüşdə 3 qol vurmaqla bu ünvana sahib çıxıb.
O, 33 yaş 130 günlüyündə bunu bacaran ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, K.Ronaldu ardıcıl dörd mundialda fərqlənən 4-cü futbolçu olub. Portuqaliyalı hücumçu bundan əvvəl DÇ-2006, DÇ-2010 və DÇ-2014-də qol vurub. 


Baxış sayı: 753


Bölməyə aid digər xəbərlər