12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
DÇ-2018: Portuqaliya və İspaniya sülhə razılaşdı
Tarix: 16-06-2018 01:44 | Bölmə: Dünya

                     

Rusiyada futbol üzrə dünya çempionatı davam edir.
Trend-in məlumatına görə, çempionatın ikinci günündə B qrupunda yer alan Portuqaliya və İspaniya yığmaları üz-üzə gəliblər.
Oyuna ardıcıl hücumlarla başlayan Portuqaliya yığması artıq 4-cü dəqiqədə K.Ronaldunun qolu ilə hesabda önə çıxıb. 20 dəqiqə sonra İspaniyanın hücumçusu D.Kosta hesabı bərabərləşdirib. İlk hissənin bitməsinə 1 dəqiqə qalmış K.Ronaldo "dubl" edərək komandasını yenidən hesabda önə çıxarıb. İlk hissə - 2:1.
İkinci hissəyə İspaniya millisifəal başlayaraq 55-ci dəqiqədə D.Kostanın qolu sayəsində hesabı bərabərləşdirib. Cəmi 3 dəqiqə sonra Naço İspaniyanı hesabda irəli çıxarıb. Oyunun 88-ci dəqiqəsində yenidən K.Ronaldu fərqlənərək hesabı bərabərləşdirib. Oyun 3:3 hesabı ilə yekunlaşıb.
Beləliklə, Portuqaliya və İspaniya yığmalara 1 xal qazanaraq İranın 3 xalla liderlik etdiyi B qrupunda 2-ci və 3-cü yerləri paylaşırlar.
Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.
Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.
İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.



Baxış sayı: 840


Bölməyə aid digər xəbərlər