Bütün xəbərlər
ABŞ-ın təyyarə gəmisi İŞİD-lə mübarizə üçün yenidən Aralıq dənizinə qayıdıb
Tarix: 12-06-2018 00:48 | Bölmə: Dünya

                              Göyərtə aviasiyası terrorçulara dəqiq zərbələr endirəcək

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) nüvə təyyarəsi daşıyıcısı "Harry Truman"ın rəhbərlik etdiyi zərbə qrupu iyunun 10-da İraq və Suriyada İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatlarda yenidən iştirak etmək üçün Aralıq dənizinin şərq hissəsinə daxil olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Amerika HDQ-nin saytında dərc olunan məlumatda deyilir.
"Harry Truman"ın rəhbərlik etdiyi zərbə qrupunun İŞİD ilə mübarizə üçün geri qayıtması bizim tərəfdaşlarımız üçün beynəlxalq terror təhlükəsinin olduğu regionda və hər yerdə sülh və təhlükəsizliyə bağlı olmağımıza dair güclü bir siqnaldır", - deyə zərbə qrupunun komandanı, kontr-admiral Yucin Blek bildirib.
Göyərtə aviasiyası regionda olduğu müddətdə terrorçulara dəqiq zərbələr endirəcək.



Baxış sayı: 757


Bölməyə aid digər xəbərlər