Bütün xəbərlər
Dövlət Departamentinin sabiq əməkdaşı Çinə casusluğa görə mühakimə ediləcək
Tarix: 09-06-2018 09:25 | Bölmə: Dünya

                      

ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı Çinə casusluqda təqsirli bilinib. Onu azadlıqdan ömürlük məhrum etmə cəzası gözləyir.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
Məlumata görə, yekun qərarı məhkəmə çıxaracaq. 2017-ci il, iyunun sonlarında sabiq məmura qarşı Çinin xeyrinə casusluq ittihamları irəli sürülüb. Cinayət işinə əsasən o, Çinin xüsusi xidmət orqanlarına 3 sənəd verib. Onlardan ikisi məxfi, biri isə tam məxfi sənədlər olub.
ABŞ-ın xüsusi xidmət orqanlarının məlumatına görə, Çin tərəfi ümumilikdə 8 məxfi sənəd əldə edib. Sabiq məmur buna görə 25 min dollar pul əldə edib.



Baxış sayı: 707


Bölməyə aid digər xəbərlər