Bütün xəbərlər
Dünyanın ən titullu futbolçusu DÇ-2018-də oynamayacaq
Tarix: 11-05-2018 23:29 | Bölmə: Dünya

                     dunyanin en titullu futbolcusu dc 2018 de oynamayacaq


Futbol üzrə Braziliya yığmasının müdafiəçisi Dani Alves iyunda Rusiyada start götürən dünya çempionatında iştirak edə bilməyəcək.
 
APA-nın xəbərinə görə, bu barədə Braziliya yığmasının mətbuat xidmətindən bildirilib.
 
“Tibbi müayinə Dani Alvesin dünya çempionatında iştirak edə bilməyəcəyini təsdiqləyib”, məlumatda deyilir.
 
“PSJ” klubunun şərəfini qoruyan 35 yaşlı futbolçu Fransa Kubokunun final matçında zədələnib. Bu il D.Alves dünyanın ən titullu futbolçusu adına yiyələnib. "PSJ"-nin apreldə Fransa Liqa Kubokunu qazanması ilə Dani Alves karyerasında 36-cı titulunu qazanıb.
 
Qeyd edək ki, dünya çempionatının qrup mərhələsində Braziliya yığması İsveçrə, Kosta-Rika və Serbiya ilə görüşəcək.



Baxış sayı: 798


Bölməyə aid digər xəbərlər