Bütün xəbərlər
Ruhani: İran və Azərbaycan Xəzərdə neft yatağının birgə işlənməsi üçün hazırlıq aparır
Tarix: 08-05-2018 18:58 | Bölmə: Dünya

İran və Azərbaycan Xəzər dənizində neft yatağının birgə işlənməsi üçün hazırlıqlar aparır və bu cür əməkdaşlıq tarixdə ilk dəfə reallaşdırılır.
Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Tehranda beynəlxalq sərgi zamanı deyib.
H.Ruhaninin sözlərinə görə, İran bu istiqamətdə digər qonşu ölkələrlə, o cümlədən Türkmənistanla əməkdaşlıq edə bilər:
“Bir çox hallarda, biz ehtiyatlara qonşularımızla birgə malik oluruq. Bu cür yataqların işlənməsinə investisiyaları artırmaq çox vacibdir”.



Baxış sayı: 767


Bölməyə aid digər xəbərlər