05:20 / 26-04-2024
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu-Səyavuş Qasımov
03:20 / 26-04-2024
Sumqayıtın 75 illiyi ilə bağlı 44 günlük Vətən müharibəsinin şəhidlərinə həsr olunmuş xatirə gecəsi keçirilib-VİDEO+FOTOLAR
23:33 / 25-04-2024
NYT: ABŞ Kiyevin Krımı ATACMS ilə vura biləcəyini etiraf etdi
23:28 / 25-04-2024
ABŞ Rusiya Federasiyasına hərbi tədarükün asanlaşdırılmasına görə Çin banklarına qarşı sanksiyalar tətbiq etməyə hazırdır
22:41 / 25-04-2024
Peskov: "Rusiya Federasiyasının hökuməti və biznesi arasında dialoq davam edəcək, may-iyun üçün iş planları var"
22:35 / 25-04-2024
Kreml: Putin aprelin 26-da Sankt-Peterburqda Qanunvericilər Şurasında çıxış edəcək
22:27 / 25-04-2024
Stoltenberq: "ABŞ və Aİ Ukraynaya lazımi dəstəyi vermədi"
22:24 / 25-04-2024
Şoyqu Astanaya ŞƏT-ə üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşü üçün gəlib
22:05 / 25-04-2024
"Soçi" futbolçuları "Axmat"la oyundan əvvəl zəhərlənib
21:56 / 25-04-2024
Kirbi: "Ukrayna üçün bəzi silahlar bir neçə günə Polşadan gətiriləcək"
21:45 / 25-04-2024
Polşa prokurorluğu: ekspertizalar Kaçinskinin təyyarəsində partlayış faktını təsdiqləməyib
21:37 / 25-04-2024
Yamayka Britaniya hökmranlığından ayrılmağı planlaşdırır
21:30 / 25-04-2024
WADA çinli üzgüçülərin işində iştirak etmək üçün müstəqil prokurora müraciət edib
21:09 / 25-04-2024
VDNKh-da “Rusiya” sərgi-forumunu 11 milyondan çox insan ziyarət edib
21:03 / 25-04-2024
"BI": Britaniya "Paveway" idarə olunan bombalarını Ukraynaya təhvil verəcək
20:39 / 25-04-2024
Rusiya diplomatlarının "Mauthauzen" həbs düşərgəsində anım mərasimində iştirakdan imtina edilib
20:33 / 25-04-2024
Putin may ayında Çinə səfər etməyi planlaşdırdığını bildirib
20:11 / 25-04-2024
Nalçikdə iki İD üzvü həbs edilib
20:07 / 25-04-2024
Patruşev: "Qeyri-qanuni miqrasiya terror təhlükələri ilə sıx bağlıdır"
20:01 / 25-04-2024
“Şençjou-18”kosmik gəmisi orbital stansiyaya yaxınlaşır
19:55 / 25-04-2024
Rusiya səfiri: "İsveçrədə Ukrayna sammiti səs-küylü və boş piar kampaniyasına çevriləcək
19:50 / 25-04-2024
“Rostov” Ronaldonun qolu sayəsində “Ural”ı məğlub edib
19:47 / 25-04-2024
Ukrayna mərmisi çoxmərtəbəli yaşayış binasına düşüb
01:51 / 25-04-2024
Şəhid Elvin Həsənovun mövludu olub-VİDEO+FOTOLAR
23:52 / 24-04-2024
Fransada Olimpiadada terror aktı planlaşdıran yeniyetmə saxlanılıb
22:59 / 24-04-2024
Moskva vilayəti hökumətinin keçmiş sədr müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
22:31 / 24-04-2024
İlon Mask əmindir ki, gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq
22:24 / 24-04-2024
Bayden: "ABŞ bir neçə saat ərzində Ukraynaya silah tədarükünü bərpa edəcək"
22:20 / 24-04-2024
Dudayev: "Kadırov həddindən artıq güc, sağlamlıq və enerji ilə xəstədir"
22:15 / 24-04-2024
Üç rusiyalı boksçu Avro-2024-də medallara zəmanət verib
22:11 / 24-04-2024
Komi məhkəməsi Kasparov və Qudkovu qiyabi həbs edib
22:07 / 24-04-2024
FSB Tambovda terror aktı hazırlayan diversantı saxlayıb
21:55 / 24-04-2024
Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurları-Aybəniz Rüstəmova
21:45 / 24-04-2024
Lukaşenko bildirib ki, o, heç vaxt oğru olmayıb və övladlarına buna imkan verməyəcək
21:41 / 24-04-2024
Podnosova: "2023-cü ildə 39 milyon məhkəmə işinə baxılıb"
21:35 / 24-04-2024
Rusiyanın məhkəmə sistemində ciddi dəyişikliklər olmayacaq
21:32 / 24-04-2024
Pentaqon ATACMS raketlərinin Ukraynaya verildiyini təsdiqləyib
16:00 / 24-04-2024
Ukrayna Avropa Komissiyasından 1,5 milyard avro alıb
"Göyərçin" abidəsinin müəllifi:" Əfsanəvi eşqin simvolunu yaratmaq istəyirəm" - MÜSAHİBƏ
Tarix: 11-09-2019 20:35 | Bölmə: Müsahibə
Oxu.Az Sumqayıtın simvoluna çevrilmiş “Göyərçin” heykəli ilə adını tarixə yazdıran heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirovla müsahibəni təqdim edir:
Vaqif Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə rəssamlar akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayır. O deyir ki, Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 illini bu şəhərin gözəlləşdirilməsinə, abadlaşdırılmasına həsr edib.
– Vaqif müəllim, 40 ilini tamamlamış “Göyərçin” abidəsi, bəlkə də, Sumqayıtdan daha məşhurdur.
– Ömrümün 50 ilini Sumqayıta həsr etmişəm. Yaxınlarda şəhərin 70 illiyi keçiriləcək. Düşünürəm ki, sülh və sülhün rəmzi olan “Göyərçin” unudulmaz olmalıdır.
– Sumqayıtı təsvir etmək üçün “Göyərçin” kifayətdir?
– Hər şəhərin yaranma tarixi, yaradıcıları var. Bu isə o şəhər haqqında ilkin məlumat, tarix deməkdir. Bu gün Sumqayıtın adı gələndə, “Göyərçin” abidəsinin olduğu park yada düşür. Bu, məni qürurlandırır. Amma şəhərin möhtəşəm əfsanəsi var. Onu əbədiləşdirmək lazımdır.
– Söhbət “Sumqayıt” əfsanəsindən gedir?
– Bəli, bu gün də müxtəlif variantlarda danışılan, dillərdə gəzən əfsanə.
– Bu əfsanədən danışın.
– Əfsanəyə görə, o vaxt şəhərdə Sum adlı bir gənc yaşayıb. O, insanların susuzluqdan əziyyət çəkməsinin qarşısını almaq üçün yollar axtarır. Şəhərə gələn suyun qarşısını nəhəng bir qaya parçası almışdı. Sum qərara gəlir ki, bu məsələni həll etmək üçün qayanı oradan götürsün. Bu zaman onun Ceyran adlı sevgilisi ona getməməsi üçün yalvarır.
Sum ona qulaq asmır, ölümə gedir. Qayanı qaldıran Sum ağırlığa döz bilmir və torpağın içinə batır. Onun yalnız beş barmağı qalır. İndi Beşbarmaq dediyimiz o yer Sumqayıt əfsanəsinin bir hissəsidir.
Sevgilisinin öldüyünü eşidən Ceyran onun yoxluğuna dözə bilmir. Sum suyun qarşısında dayanan qayanı qaldırdıqdan sonra axan su göl əmələ gətirir. Ceyran özünü həmin gölə ataraq intihar edir. O vaxtdan Ceyranın batdığı ərazi “Ceyranbatan” adlanmağa başlayıb.
– Bununla bağlı layihə hazırlamısınız?
– Bəli, onun eskizi “Tarix” muzeyində saxlanılır. Mən bu əfsanə üçün Polad Bülbüloğlu ilə danışmışdım. O, bu əfsanə üçün melodiya hazırlayacağını da demişdi. “Karvan” simfonik muğamının sədaları altında “Sumqayıt” əfsanəsi…
Bu, insanı keçmişə virtual səyahətə aparır. Təəssüf ki, mənim ən böyük arzum həyata keçmir. Rəsul Rza da Sumqayıt haqqında olan əfsanədən yazıb. O vaxt mən bu şəhərə dəvət alanda diqqətimi çəkən məqam “Sumqayıt” əfsanəsi idi. Hər bir şəhər haqqında belə maraqlı əfsanə var.
Bu əfsanə üzərində maraqlı kompozisiya işlədim. 25 metr hündürlüyündə gözəl əsər olmalı idi. Əsərdə beş barmaq və onun sağ tərəfində batmaqda olan ceyran başı təsvir edilib. 1974-cü ildə Sumqayıtın 20 illiyində ulu öndər Heydər Əliyev Sumqayıta gəlmişdi. Onun zövqünə söz ola bilməzdi.
Təqdim etdiyim əsəri çox bəyənmişdi və birinci katibə tapşırıq vermişdi ki, onun adından Nazirlər Kabinetinə layihənin icrası ilə bağlı təlimat verilsin. Elə oldu ki, birinci katib Bakıya göndərildi və bu məsələ diqqətdən kənarda qaldı. Burada özümdə də günah görürəm, mən gərək özüm bu işin üzərinə daha çox düşəydim. Heydər Əliyev bu əsərin gerçəkləşdirilməsi üçün təlimat vermişdi.
– “Göyərçin” əsərinin yaranmasından danışın…
– Sumqayıt o vaxt indiki kimi gözəl deyildi. Çox solğun, sanki unudulmuş şəhəri xatırladırdı. Mən şəhərdə gəzəndə “Göyərçin” heykəlinin yerləşdiyi indiki ərazi diqqətimi çəkdi. Heykəlin ideyasına gəldikdə, bu, həmin küçəyə verilən adla bağlıdır: Sülh küçəsi. Düşündüm ki, bu küçəyə yalnız sülhün rəmzi yaraşar. Heç vaxt heç kimin sifarişi ilə əsər hazırlamamışam. Bu heykəlin tarixi ilə bağlı çox söz-söhbətlər gəzdi, amma onların heç birinə fikir vermirəm. Bu gün ölçüsü 10×10-na olan “Göyərçin” heykəli özünün qeyri-adi forması ilə respublikada, hətta deyərdim ki, bir çox dünya ölkələrində də tanınır.
O vaxt Sülh küçəsində raketlər var idi. Müraciət etdim ki, Sülh küçəsində raketlərin olması doğru deyil. Diqqət etsəniz, bəlkə də, yeganə şəhərdir ki, sülh küçəsində sülhə çağrış edən mükəmməl bir əsər var.
– Heykəlin hazırlanması nə qədər vaxtınızı aldı? Eskizlərdə göyərçinin başqa formada olması gözlənilirdi, yoxsa elə ilk və tək variant bu idi?
– Əslində, bu heykəl hazırlananda, 1978-ci ildə başqa model yox idi. Balaca bir model idi. Sonra biz onu iki metr böyütdük. Daha sonra mütəxəssislərin köməyilə bu heykəlin həcmini daha da böyüdüb 7,5 metrə qədər ucaltdıq. Forması isə qanadlanıb uçmağa hazırlaşan göyərçini xatırladır.
Yağlı boya ilə rəsmlər işləyirdim. Ən çox sevdiyim ağac əncir ağacıdır. Onun yarpaqlarının forması, həqiqətən, göz oxşayır. Yağlı boya ilə divarda işlədiyim əncir ağacının görünüşü mənə qanadlanıb uçmağa hazırlaşan göyərçini xatırlatdı. Elə eskizi də bu formada hazırlamaq qərarına gəldim.
Bu gün artıq “Göyərçin” Sumqayıtın simvolu olub. Hətta gerbində də öz əksini tapıb. 2009-cu ildə Sumqayıt şəhərinin 60 illiyində Prezident İlham Əliyev tərəfindən “Əməkdar incəsənət xadimi” adına layiq görüldüm.
– 70 illik Sumqayıtın 50 ili sizin yaradıcılığınızla bağlıdır. Başqa hansı əsərlərin müəllifisiniz?
– Sumqayıtda “Nəsimi”, “Üzeyir Hacıbəyov” heykəli, şəhərin mərkəzi küçələrində bir sıra əsərlərim var. Bakıda, indiki Türkiyə Səfirliyinin yerləşdiyi ərazidə park var idi. O parkda mənim çox gözəl əsərim var idi. O vaxt Rostov vilayətinin birinci katibi o əsərin eskizini bəyənmişdi və bu əsərin surətini hazırlamağımı istəyirdi.
Əsərdə iki güclü dövlət – SSRİ və ABŞ-ı təmsil edən iki göyərçin və dimdiklərinin üzərində saxladıqları yer kürəsi təsvir edilirdi. Bu əsər olduqca maraqlı idi. Həmin ərazidə səfirliyin binası tikilməyə başlananda heykəl oradan qaldırıldı. Sonra isə onun aqibətindən xəbərim olmadı.
– Bəzən çox maraqla izlədiyimiz, bəyəndiyimiz filmlərin bir müddət sonra plagiat olduğunu öyrənirik. Hansısa bir əsərinizi başqalarının əl işlərindən ilhamlanaraq hazırlamısınız?
– Xeyr. Hazırladığım heykəllərin içərisində başqa əsərlərə bənzər məqamlar tapmaq mümkün deyil. Biz vaxtlar “Göyərçin”lə bağlı söz-söhbətlər yayılsa da, tutarlı fakt ortaya qoyan olmadı. Çünki əsassız söhbətlər, iddialar idi.
– “Nəsimi” heykəlinin yerinin dəyişməsi də geniş müzakirə edildi. Bunu özünüz istəmişdiniz?
– Əslində, heç bir müəllif istəməz ki, heykəl ucaldığı yerdən götürülsün. Biz heykəli “Nəsimi” adlı parkın qarşısında qoymuşduq. Heykəlin həmmüəllifi Asim Quliyev olub.
Onu elə hazırlamışdım ki, əynindəki libası dərisini xatırladırdı. Sanki yer kürəsi aralanır və içərisindən Nəsimi çıxır. İçəridə sağ tərəfdə barelyefi qoyulub və onun başına gətirilənlər yazılıb. Ölçü olaraq yerinə uyğun idi. Sadəcə olaraq, heykəlin sağ və solundakı hündür ağaclar sanki onu kiçildirdi.
– Ulu öndər Heydər Əliyevin sizin əsərlərinizlə bağlı müsbət fikirlərindən danışdınız. Başqa hansı əsərlərinizlə tanış olmuşdu?
– Xalça üzərində toxunma üçün 2×2-yə ölçülərdə “Ey vətən” adlı eskiz hazırlamışdım. 1995-ci ildə Heydər Əliyevin Sumqayıt şəhərinə gəlişi gözlənilirdi. Əsərdə Q.Qarayev, Niyazi, R.Behbudov və b. dahilərimizin qayaya dönmüş forması təsvir edilib. Bütün dahilərimizin yubileylərini məhz Ulu öndər təşkil edirdi.
H.Əliyev mənim iki əsərimi bəyənmiş və hazırlanması üçün razılıq vermişdi. Bunlardan biri Sumqayıt şəhərinin tikilməsində mühüm rolu olan şəxslərə hazırladığım abidənin eskizi, hansı ki onun 14 mərtəbəli binanın qarşısında ucaldılması gözlənilirdi, digəri isə “Sumqayıt” əfsanəsi idi. Onun zövqü bir başqa və müqayisəedilməz idi.
Könül Cəfərli
FOTO: Hüseyn Həsənov
Sumqayitxeber.com
Baxış sayı: 642
Bölməyə aid digər xəbərlər

17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil
4-12-2022, 13:19
Sankt-Peterburq zavodu plandan artıq gülləkeçirməz jiletlər verir
9-11-2022, 20:21
Deputat Svetlana Jurova: "ABŞ seçkilərdən sonra Kiyevə faydalı olarsa, kömək etməyə davam edəcək"
1-11-2022, 19:28
ABŞ senatoru Baydenin "ən böyük günahını" diqqətə çatdırdı
27-10-2022, 02:45
David Namaniya: Biz Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik
13-10-2022, 23:47
“Onlardan topu almaq heç də asan deyildi” - “Olimpiakos”un baş məşqçisi
13-10-2022, 20:40
Abdul-Hamid Qafarov: “Azərbaycanı yüksək səviyyəli avtomobil yarışlarında təmsil etməkdən qürur duyardım”
9-10-2022, 20:21
“Daha hakimlərin işinə qarışmayacam” - Qurban Qurbanov
20-09-2022, 21:59
"Təhsildə ən ciddi problem müəllimlərlə bağlıdır"- Misir Mərdanov
15-09-2022, 09:45
“Ravil deyirdi ki, mən ya Milli Qəhrəman, ya da general olacam”
7-09-2022, 18:08
Əli Hüseynli partiyalar haqqında yeni qanundan danışdı
2-09-2022, 16:09
İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi-VIDEO
23-08-2022, 17:03
“Erməni ilə görüş çətin keçdi” - Dünya çempionumuz