Bütün xəbərlər
Fatma Mahmudova: “ Ölən günə kimi deyəcəyəm,Yaşa mənim Prezidentim, səni100 yaşa” -MÜSAHİBƏ
Tarix: 13-12-2017 19:13 | Bölmə: Mədəniyyət
                          ” Heç kimdən görmədiyim qayğını dövlətimdən görmüşəm...”

Musiqili teatrın aparıcı aktrisası, Azərbaycan Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsü Fatma Mahmudova uşaq yaşlarından həyatını bu sənətə bağlayıb. Bu qəbi kövrək, Vətən nisgilli, sadə, səmim insan "Dağılan Tifaq"da Sona xanım, "Fərhad və Şirin"də Məryyəm, "Solğun Çiçəklər"də Sara, "Qaçaq Nəbi"də Həcər, "Təhminə və Zaur"da Təhminə, "Qismət"də Ana, "On min dollarlıq keyf" tamaşasında Bağdagül, "Hərənin öz ulduzu"nda Xurma, "Bankir adaxlı"da ağuçu Gülbikə, "Birgünlük siğə"də Adilə Dudu, "Adamın adamı"nda At Balaxanım, "Məsmə xala dayımdır"daƏsmər, "Şeytanın yubileyi"ndə Məryəm kimi bir-biirndən gözəl tamaşaları özünməxsus tərzdə oynayaraq tamaşaçıların məhəbbətunu qazanıb. Bizim onunla söhbətləşmək fikrimiz isə oynadığı “Amerikalı kürəkən” tamaşasına baxandan sonra alındı...
-Fatma xanım, bu sənətə gəlişinizi xatırlamağınızı istərdik...
-On iki-on üç yaşından səhnədəyəm. Əvvəl-əvvəl xalq teatrında çalışmışam. 1968-ci ildə Ağdamda Əbdürrəhim bəy Haqverdiyev adına Dövlət Dram Teatrı yarandı. Onda mən orta məktəb şagirdi idim. İstedadlı olduğuma görə rejissor məni xalq teatrında, dram dərnəyində görmüşdü, bəyənmişdi. Bizim çox görkəmli rejissorumuz, əməkdar artist Heydər Şəmsizadə var idi. O vaxtı hər adam əməkdar ad ala bilmirdi. Ondan da qabaq 37-ci illərdə Ağdamda teatr olubdu. Heydər Şəmsizadə orda da rejissor kimi çalışıbdı. Çox istedadlı bir rejissor idi. Mənim ilk müəllimim olubdu. O məni teatra dəvət elədi. Gəldi məktəbə direktordan icazə aldı. Elə o vaxtdan mən orta məktəbdə oxuya-oxuya teatra gəldim. Mənim ilk rolum Bəxtiyar Vahabzadənin “Vicdan” pyesi əsasında hazırlanmış eyniadlı tamaşada Pakizə olub. Eyni zamanda paralel olaraq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında  eyni adlı tamaşa hazırlanırdı. Orda da mənə Sara obrazını verdilər.
-Yeri gəlmişkən, Ağdamı necə xatlrlayırsınız?
-Həmişə xəyala dalıram. Deyirəm ki, yenə də ora qayıdardıq. Otururam birdən xəyala dalıram. Evimdən çıxıb teatra, məşqə gedirəm. Həyatda olan, olmayan o vaxtkı aktyorları xatırlayıram. Çox kövrəlirəm. Bir-bir küçələri gözümdən keçirirəm: Bax indi mən bu küçədən keçdim, uşaqlarımı məktəbə apardım. Bazarda meyvə satan o xanımlarımız üçün burnumun ucu göynəyir. Deyirəm ki, kaş yenədə gedəydim o sadə insanları görəydim.
-Hansı arzularla yaşayırsınız?
-Yaşamaq istəyirəm. Hələki canımda can var, rol oynamaq istəyirəm. Gücüm çatan rolu oynamaq istəyirəm. İllər öncə mən Ağdam Dövlət Dram Teatrında Albert Kamyonun “Anlaşılmazlıq” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada ana obrazı oynamışam. O obraza görə də o vaxtı mən əməkdar artist adını almışam.

-Hazırda işlədiyiniz teatrda hansı tamaşaları oynayırsınız?
-Mən bir çox tamaşalarda çalışıram.Nə verirlər onu da oynayıram. Mənim burda ən çox sevdiyim tamaşa uzun illərdir gedir. Elə o rola görə də mən tamaşaçılar tərəfindən çox sevilmişəm. “Bankir adaxlı”. Tamara Vəliyeva və Emin Sabitoğlunun birgə yazıdığı əsəri nəzərdə tuturam.  Həmin əsər əsasında hazırlanmış tamaşada  ağuçu Gülbikəni oynayıram.
Təzəlikcə Əli Əmirlinin  “Nuri- didə Ceyhun” əsəri əsasında  hazırlanmış eyni adlı tamaşada ana rolunu –Üzeyr bəyin anasını oynayacağam. Çalışacağam ki, o obrazı tamaşaçılara Üzeyir bəyin anası kimi təqdim edim.O qadın necə olubsa, necə varsa, çalışacağam ki,obrazı  o cür də ifa edə bilim. Həmin tamaşanın rejissoru Mehriban Ələkbərzadədir. Ciddi məşqlər gedir. Baxmayaraq ki, mən səhnədə çox rollar oynamışam, Mehriban xanım  o qədər istedadlı rejissordur, istəyirəm ki, o göstərsin, ondan öyrənim, o rolu onun dediyi kimi ifa edə bilim.

-Bəs gənc yaşınızda hansı sənət adamına oxşamaq istəmisiniz?
-Mən heç kimə oxşamaq istəməmişəm. Mən özümə oxşamaq istəmişəm, özüm olmuşam. Heç kim deyə bilməz ki, Fatma Mahmudova çıxdı səhnədə kimisə yamsıladı, kiməsə oxşadı. Bəlkədə mən uşaqlıqdan belə-belə şeylərə baxmışam məndə həvəs oyanıb. Amma mən tək komediya aktrisası olmamışam ki, deyək Nəsibə Zeynalovaya, Hökümə Qurbanovaya oxşayım. Özüm olmaq istəmişəm. Demişəm ki, faciə oynayıramsa qoy öz dəsti-xəttim olsun. Komediya oynamaq istəmişəmsə, demişəm ki, qoy bir dənə də Fatma Mahmudova olsun, belə bir aktrisa yaransın.       Gözəl sənətkarlarımız var, istər kişi, istər qadın olsun-komediya ifaçıları. Amma mən nəyə görə kimisə təqlid eləməliyəm, kimsə olmalıyam?
Mən Qarabağlıyam. Bütün muğamları da oxuya bilirəm.

-Tərəf müqabilləriniz kimlər olub?
-Mən tərəf müqabili artistiyəm. Bəzi aktyor, aktrisalar həmişə istəyir ki, yanında zəiflər olsun. O, zəif olanda sən oynaya bilmirsən. Bəlkə başqası oynaya bilir. Amma mənim tərəf müqabilim zəif olanda mən heç nə edə bilmirəm. Quru bir taxtaya dönürəm. Ona görə çalışıram ki, səhnədə mənim təfəf müqabilim məndən də güclü olsun.
-Yəqin ki, xalq artisti səviyyəsinə gəlib çıxmaq sizin üçün asan olmayıb.Bu şad xəbəri nə vaxt eşitdiniz?
-Bunu mənə Allah verib. O qapıları Allah açıb mənim üzümə. Əlimi, ayağımı üzüm oturmuşdum yerimdə. Doğurdan heç ağlıma gəlməzdi ki, mən bu adı qazana bilərəm. Düzdü xalq bu gün məni sevir. Mən xalqıma təşəkkür edirəm. Xalq da məni sevməsə heç o adda mənə lazım deyildi. Neynirəm quru-quru o adı alım.
2000-ci ilin oktyabr ayında mən səhnədə oynayırdım. Mən həyatda çox sevinən adam deyiləm. Hər şey məni sevindirə bilməz. Mənim sevinən günüm an, dəqiqə ola bilər. Amma o gün ömrümə, günümə yazılsın. Vidadi müəllimm rejissor köməkçisi idi onda. O komediya janrında aktyorluq eləsə çox aktyorları kölgədə qoyar. Çox etibarlı dostdur. Trubba müdiri vəzifəsini də mükəmməl şəkildə idarə edir. Səhnədə İsi Məlikzadə ilə Süleymaan Ələsgərovun birlikdə yazdığı “Hərənin öz ulduzu”  adlı eyni adlı tamaşada oynayırdım. Çıxışa hazırlaşırdım ki, birdə gördüm ki, Vidadi gəldi. Bu ölən günə kimi mənim yadımda qalacaq. Dedi ki, sizin atanızın adı nədi? Dedim ki, Yaqub. Dedi ki, sizə xalq artisti adı verdilər. İnanın mən elə hönkür-hönkür ağladım. Elə bildim ki, həyatda nə qədər itirdilərim var, itirdiyim o xoşbəxtlikləri o kağızla, o fərmanla tapdım. Allah ulu öndərimizə qəni-qəni rəhmət eləsin. Onun qəbri nurla dolsun. Ömrüm boyu ona rəhmət oxuyacağam. Onun layiqli davamçısı İlham Əliyevə də can sağlığı Allahdan arzu edirəm. Şükür edirəm ki, belə bir dövlətdə yaşayıram. Belə bir Prezidentim var. Hər dəfə Vidadinin o sözü yadıma düşəndə gözlərim yaşarır. Məni kövrətdiniz. Bir adla bilsəniz mənə nə qədər sevinc bəxş elədi mənim Prezidentim. Çoxları bilir ki, bu gün, ya sabah fəxri ad alacaq, ancaq mən bilmirdim. O adı mənə Allah, ulu öndərim bəxş elədi.

-Bu yaşda özünüz necə hiss edirsiniz?
-Mənim yaşıma nə olub ki? (Gülür)Şükür Allaha özümü yaxşı hiss edirəm. O haqda düşünmürəm.Səhnədə hələki varam, çalışıram, rollarımı özüm ifa edirəm. Lap ağır əməliyyat da keçirmişəm. Mən işimdən qalmamışam. 2014-cü il dekabrın 14-də əməliyyat olumuşam. Tükiyədən Vidadi müəllimə zəng vurmuşam ki, sağ-salamatam. 19-u gəlib tamaşamı oynamışam. Ölümlə üz-üzə dayanmışdım. Səhnəyə də çıxdım necə lazımdı rolumu oynadım. Mən yalan danışmağı xoşlamıram. Bəzi adamlar var ki, yalandan deyir ki, xəstəyəm, bu gün gələ bilmirəm. Mən onu eləməmişəm. Həmişə düz danışmışam.
   Hər kəs ölümü haqqında düşünür. Amma özüm özümə ürək-dirək verirəm ki, Allah məni bu günə qədər yaşatmısan.  Allah məsləhət bilsə məni yenə yaşadacaq. Çünki balalarımın məndən başqa heç kimi yoxdur. Onları müəyyən bir həddə gətirənə qədər Allahdan möhlət istiyərəm. Hər bir kəs ölümü gözünün qabağına gətirməlidir ki, axı mənim o günüm də var.
- Kövrəldiniz. Siz o qədərdə zəif adam deyilsiniz. Mən sizi daxilən güclü, zəhimli qadın kimi tanıyıram...
-Mən zəif adam olsaydım çox şeydə qalib gəlməzdim. Bir az hünərliyəm.Çox şeyə dözmüşəm, dözmüşəm və yenə də dözürəm...Allah bilən məsləhətdir.

-Seriallara çəkilmisiniz. Elə seriallar var ki, təcrübəsiz, zəif aktyorlar da rol alırlar, sizin üçün çətin deyil ki, belə insanlarla oynamaq?
-Efirdə görünməyimiz teatra da yaxşı təsir edir. Tamaşaçı kütləsi bizi teatrdan da tanıyır, serialdan da tanıyır.  Mənim oynadığım serialda heç də zəif aktyor, aktrisa yoxdur. Çox güclü heyətlə çalışıram. Mən elə əvvəldən “Bacanaqlar” serialındayam. Komik ana obrazında iştirak edirəm. Məni seriala çəkdiyinə görə Hacı Elməddin Cəfərova, ssenarist Hacı Ənvərə minnətdarlığımı bildirirəm.
-Övladlarınızdan yolunuzu davam etdirən var?
-Qızım Nigar yolumu davam etdirir, mənimlə bir teatrda çalışır. Nigar fitri istedaddır. Özünə görə rolunun öhdəsindən gələ bilir. Amma məndə çalışıram ki, hərdən bir ona yol göstərim.
-Dolanışığınız necədir, maaşınız sizi qane edirmi?
-Mən dövlətimdən, işimdən, şəxsən teatrımızın rəhbəri Əliqismət Lalayevdən çox razıyam. Hamımıza, xüsusən də gənclərə çox böyük diqqət və qayğı göstərir. Gənclərin çox böyük axını var teatrımıza. Gəncləri çox sevirəm.
Evdə oturub çay içəndə də deyirəm ki, ay Allah sənə şükür, nə yaxşı bu evi Prezidentim mənə verib. Nə yaxşı bu fərdi təqaüdü mənə verib. Onu alanda dua eliyə-eliyə çıxıram.Çünki o təqaüd mənim yaşamağım deməkdir.

-Yeri gəlmişkən, həyat yoldaşınız haqqında danışıb onu da xatırlasanız yaxşı olar...
-Elə bir gün olmur ki, biz Tofiq Qarayevi yadımıza salmayaq onun haqqında danışmayaq. Vaxt var idi bəlkə, bəlkə, bəlkə..deyirdim. Amma o bəlkələrfdən tikdiyim saray uçdu, dağıldı. Yəni fikirləşirdim ki, bu belə olsa bəkə düzələr...İndi də deyirəm ki, kaş o duraydı, o belə olaydı, bu rolu oynayaydı...Əvvəl bəlkələrlə yaşayırdım, indi isə kaşlarla...
Bir neçə il əvvəl biz Musiqili Teatrımızın kollektivi ilə Quzanlıya getdik. Ağdamın icra başçısı bizi çox yüksək səviyyədə qarşıladı. Biz orda “Hərənin öz ulduzu” tamaşası ilə çıxış elədik. Məni məcbur elədilər ki, biz gedək sənətkarın-Tofiq Qarayevin  qəbrini ziyarət edək.Mən ona çəkinmədən, cəsarətlə böyük sənətkar deyirəm...
Heç birimizin səhvimiz olmadı. O böyük bir əsərdi, dastandı. Elə şeylər var ki, onu danışmaq mümkün deyil. O günahsız bir insan idi. Elədiyi səhvlər onun özündən asılı olmayaraq elədyi işlər idi. Dünyada bir günahsız insan var idi. O da Tofiq Qarayev idi. Ancaq özünə qarşı günahkar bir insan idi. Nə günah elədisə özünə, mənə, balalarına elədi. Bu gün onun övladı hər gün , hər dəqiqə, hər an onun səsini eşitmək istəyir.

-Onsuz yaşamaq çətin deyil?
- Gümraham, yaxşıyam, danışığımı, yerişimi itirməmişəm. Hələki varam.Bu gündən sabaha heç nə deyə bilmərəm. Allahın işidir.
İki əkiz nəvəm var. Mən həyatda tamam başqa bir adamam. 13 yaşımdan bu günə qədər həmişə ayaq üstəyəm, həmişə çalışıram, qaçıram, işləıyirəm. İşimin, evimin fəhləsiyəm. Bazarlığı da özüm eləmişəm. Yükümü də özüm daşımışam. Qadın kimi yox, sənətkar kimi xoşbəxtəm.Mən həyatımda heç kimdən görmədiyim qayğını dövlətimdən görmüşəm. Şükür eləyirəm ki, mənim belə dövlətim, belə gözəl Prezidentim var.  Və ölən günə qədər deyəcəyəm ki, mən Prezidentimə qurban olum. Mən bir sənətkar, ana kimi onun insanlığının, şəxsiyyətinin qarşısında baş əyirəm. O, bu gün mənim kimi sənətkarların yaşamağı deməkdir. Mən bunu boğazdan yuxarı yox, ürəkdən deyirəm. Mən ölən günə kimi deyəcəyəm: “Yaşa mənim Prezidentim, yaşa, səni100 yaşa”.

-Mənfi rollar oynamağınız sizi narahat etmir?
-Məfi rolları mən çox sevmişəm. Lap Ağdam teatrında işləyəndə də mənfi rolları çox oynamışam. Məsələn, “Solğun çiçəklərdə” Saranı oynamışam.  Həmin tamaşadakı Pəri xarakterini də oynamışam, görmüşəm ki, ondan da yaxşı alınır.
O vaxtı məni qınayanlar olubdu. İndi serialda “Qayınana” oynayıram. Bu da başqa qayınanadı.

-Hansı televiziya kanallarına baxırsınız?
-Bəyəndiklərim televiziya verlişləri var. AZ.TV-yə -xəbərlərə mütləq baxıram. Vaxtım olanda bütün kanallarımıza baxıram.

-Dəvət aldığınız verlişlərdən razı qalırsınızmı?
Üzüm yumuşaqdı, saqqızımı oğurlayırlar, verlişlərə gedirəm. Amma elə veriliş var ki, gedirəm, sonra peşiman oluram. Deyirəm ki, kaş ora getmiyəydim. İlanı yuvasından çıxarırlar belə bir atalar sözü var.Məni yuvamdan çıxarırlar. Sonra deyirəm ki, gərək mən bura gəlməyəydim. Elə kino var ona çəkilirəm , sonra peşiman oluram...Maddiyta ehtiyacın olur, gedirsən. Deyirəm ki, gərək mən gedib borc eliyərdim, amma o pula görə ora getmiyəydim.
Namiq MƏMMƏDLİ


Baxış sayı: 2 125


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya