Bütün xəbərlər
Görkəmli bəstəkar Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə yeni poçt markası tədavülə buraxılıb (FOTO)
Tarix: 18-01-2019 10:54 | Bölmə: Mədəniyyət

Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə yeni poçt markası tədavülə buraxılıb.
Trend-in "Azərpoçt" MMC-yə istinadən verdiyi məlumata görə, poçt markası “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Markanın ölçüləri 29.8x40.6 mm, marka vərəqinin ölçüsü 186.4x202.8 mm-dir. Ümumi tiraj 500 016 ədəddir. Həmçinin 200 ədəd birinci gün zərfləri satışa çıxarılıb.
Markaları “Azərpoçt” MMC-nin poçt şöbə və filiallarından, eləcə də “Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür.
Qeyd edək ki, E.İbrahimova Azərbaycanın görkəmli xanım bəstəkarı, Azərbaycan Respublikasının və Dağıstanın xalq artisti olub. Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada məhşurdur. E.İbrahimova tanınmış Azərbaycan şairlərinin yüzlərlə şeirinə və rus dillində onlarla poetik nümunəyə musiqi yazıb.















Baxış sayı: 702


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya