Bütün xəbərlər
Daha iki keçmiş nazir Siyavuş Novruzovun ittihamlarından danışdı: “Təxribat yaymayın”
Tarix: 07-09-2019 23:01 | Bölmə: Gündəm
                             

Daha iki sabiq nazir Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzovun şok ittihamlarına münasibət bildirib.
Modern.az xəbər verir ki, bildirir ki, sabiq təhsil naziri Misir Mərdanov Demokrat.az-a açıqlamasında deyib ki, Siyavuş Novruzovun səsləndirdiyi ittihamlar ona aid deyil: “Siyavuş Novruzovun dediyi o sözlər qətiyyən mənə aid deyil. Mənim hər zaman mövqeyim bir olub, sözümü demişəm və heç nədən qaçmamışam. Bu gün də eyni mövqeydəyəm və lazım gələndə sözümü deyirəm”.
M.Mərdanov keşmiş nazirlər arasında mühacirlərə maliyyə dəstəyi verənlərin olmasını da istisna etməyib:
“Ola bilər ki, bu cür adamlar olsun. Ancaq mən özümə cavabdehəm. Mən bu məsələlərlə bağlı mövqeyimi hər yerdə açıq şəkildə bildirmişəm. Lazım olsa yenə bildirməyə hazıram. Düşünürəm ki, Siyavuş Novruzovun sözlərindən hər kəs özü üçün nəticə çıxaracaq”.
“Sfera.az” səsləndirilən ittihamlarla bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi yaradıb. Sabiq nazir qısa açıqlama verməklə kifayətlənərək, səsləndirilən ittihamların ona aid olmadığını bildirib: “Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.
Xatırladaq ki, S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək, onları xaricdə oturanları maliyyələşdirməkdə də ittiham edib:
"Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ”mövqeyini bildir!””.


Baxış sayı: 622


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı