Bütün xəbərlər
Millət vəkili sosial şəbəkədə təsirli paylaşım edib
Tarix: 09-11-2019 15:52 | Bölmə: Gündəm

Millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə təsirli paylaşım edib.
Trend-in məlumatına görə, paylaşımda deputat qeyd edib ki, Azərbaycan radiosunda Dövlət Bayrağı Günü münasibəti ilə verilişə dəvət edilib. Veriliş zamanı studiyaya təsirli şəkil və mətn göndərilib. Mətndə bu sözlər yazılıb:
"Bu ağlayan mənim şagirdimdir. Şəhid Rəşad Atakişiyevin qardaşı oğludur. Dünən dərsdə vətən, şəhidlər mövzusunda söhbətimiz əsnasında gördüm, ağlayır. Dedi, əmim yadıma düşdü, müəllim. Xətai rayonu, 191 nömrəli məktəb".


Baxış sayı: 536


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı