Bütün xəbərlər
IAEA: Zaporojye Atom Elektrik Stansiyası (ZNPP) ərazisində müvəqqəti atəşkəs elan edilib
Tarix: 28-12-2025 19:18 | Bölmə: Karusel

IAEA-nın açıqlamasına görə, elektrik xətlərində təmir işlərinə icazə vermək üçün Zaporojye Atom Elektrik Stansiyası (ZNPP) ərazisində müvəqqəti atəşkəs elan edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, baş direktor Rafael Qrossi sosial media platforması X-də paylaşım edərək hər iki tərəfə təşəkkür edib.
IAEA bildirib ki, "Baş direktor Qrossi elektrik ötürülməsini bərpa etmək üçün bu yeni müvəqqəti "sükut pəncərəsi"nə razılıq verdikləri üçün hər iki tərəfə təşəkkür edir.
Agentliyin komandası təmir işlərini izləyir.
25 dekabrda "Rossiya 1" telekanalına eksklüziv müsahibəsində "Rosatom"un baş direktoru Aleksey Lixaçev bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasının nüvə təhlükəsizliyinin təmin edilməsi beynəlxalq əməkdaşlıq məsələsi ola bilməz.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər