Bütün xəbərlər
Məktəbin Yeni il şənliyində keçmiş sinif yoldaşını öldürüb
Tarix: 27-12-2025 18:56 | Bölmə: Cəmiyyət

Tuvanın Qızıl-Majalık kəndindəki 1 nömrəli məktəbin ərazisində 17 yaşlı şagirdin cəsədi tapılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Tuva üzrə İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib.
Qətl maddəsi ilə cinayət işi açılıb.
Müəyyən edilib ki, şagird Ak-Dovurak Mədən Kollecinin 17 yaşlı birinci kurs tələbəsi tərəfindən bıçaqlanaraq öldürülüb.
Məlumatda deyilir: "Məktəb ərazisində yetkinlik yaşına çatmayanlar arasında münaqişə yaranıb və şübhəli qurbanı bıçaqla vurub".
Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hüquq-mühafizə orqanları hadisənin bütün hallarını araşdırır.
Telegram kanalı Baza-nın məlumatına görə, qətl məktəbin şagirdlərinin Yeni ili qeyd etdiyi akt zalında baş verib. Keçmiş sinif yoldaşı şagirdə bıçaqla hücum edib. Azyaşlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər