Bütün xəbərlər
DE: Tramp Zelenskiyə xəbərdarlıq etdi ki, o, Kiyevin bütün ideyalarını dərhal qəbul etməyə hazır deyil
Tarix: 27-12-2025 12:15 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp Kiyev rejiminin rəhbəri Zelenskiyə onunla görüşməzdən əvvəl Amerika tərəfinin Ukraynanın bütün təşəbbüslərini dərhal qəbul etməyə hazır olmadığını xəbərdar etdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.
Nəşr qeyd edir ki, "Tramp bazar günü gözlənilən görüşündən əvvəl Zelenskiyə xəbərdarlıq edib".
Ağ Ev daha əvvəl Zelenskiy ilə Tramp arasında 28 dekabrda keçiriləcək görüşü təsdiqləyib. Amerika liderinin cədvəlinə əsasən, danışıqlar Moskva vaxtı ilə saat 23:00-da Florida ştatının Palm Biç şəhərində keçiriləcək.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər