Bütün xəbərlər
Kliçko: "Kiyevin təxminən üçdə biri istiliksiz qalıb"
Tarix: 27-12-2025 12:08 | Bölmə: Karusel

Mer Vitali Kliçkonun sözlərinə görə, Kiyevin təxminən üçdə biri istiliksiz qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, sol sahildəki bəzi ərazilər də elektriksiz qalıb.
Kliçko özünün Telegram kanalında yazıb: "Paytaxtın təxminən üçdə biri hazırda istiliksiz qalıb."
O əlavə edib ki, enerji xidməti işçiləri elektrik enerjisini bərpa etmək üçün çalışırlar.
27 dekabr gecəsi Kiyevdə bir sıra partlayışlar baş verib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər