Bütün xəbərlər
Lukaşenko xokkey matçı zamanı buz üzərində yıxıldı
Tarix: 28-12-2025 17:53 | Bölmə: Karusel

Belarus prezidenti Aleksandr Lukaşenko Minskdəki Olimpiya Arenasının buz meydançasında xokkey matçı zamanı yıxıldı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial mediada paylaşılıb.
Belarus prezidentinin komandası ilə Brest vilayətinin komandası arasında oyun 27 dekabrda Respublika Xokkey Liqası (RHL) çərçivəsində baş tutub. Oyun zamanı respublika başçısı təsadüfən komanda yoldaşı, keçmiş milli komanda oyunçusu və Ufa klubu Salavat Yulayevin oyunçusu Yaroslav Çupris tərəfindən yıxılıb. Çupris arxaya doğru konki sürərkən Lukaşenkonu görməyib. Onu yıxdıqdan sonra Çupris dərhal çubuğunu kənara atıb və siyasətçinin ayağa qalxmasına kömək edib.
Oyun 5-5 hesabı ilə başa çatıb. Son qolu Belarus prezidentinin oğlu Nikolay vurub.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər