Bütün xəbərlər
Göldən 780 boğulan qoyun çıxarılıb
Tarix: 21-12-2025 20:18 | Bölmə: Sosial

Respublikanın Dövlət Fövqəladə Hallar Komitəsinin sədri Kirill Pervov öz Telegram kanalında bildirib ki, xilasedicilər Başqırdıstanda Üzet gölünün dibindən 780 boğulan qoyunu çıxarıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl Başqırdıstan Fövqəladə Hallar Nazirliyi 16 dekabrda nazik buzdan digər sahilə keçdikdən sonra 200-dən çox qoyunun gölə düşdüyünü bildirmişdi.
"Əvvəlcə sürü sahibi 200-300 heyvanın buzun altından düşərək boğulduğunu bildirmişdi, lakin artıq 780 heyvan çıxarılıb və işlər davam edir", - deyə, Pervov yazıb.
O əlavə edib ki, xilasedicilər sağ qalan bir qoyunu gölün buzunda gəzərkən görüblər. Onu dik yamacdan qaldırıb sahibinə təhvil verdilər.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər