14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Polşa Ukrayna taxılının tranzitini təmin etməyə razılaşıb
Tarix: 24-09-2023 21:42 | Bölmə: Sosial

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Polşa Ukrayna taxılının daha sonra Afrika və Asiyanın ən yoxsul ölkələrinə daşınması üçün Polşa ərazisindən tranzitini təmin etməyə hazırdır, Respublika Prezidenti Anjey Duda TVP telekanalına bildirib.
"Düşünürəm ki, Polşa hökumətinin Ukrayna taxılının Polşa bazarında satışına qoyulan qadağanı saxlamaq düzgün qərarı idi. Əminəm ki, tranziti maksimum artırmaq üçün mümkün olan hər şeyi etmək lazımdır", - Duda bildirib.
Polşa tranzit dəhlizləri hazırlayıb ki, bu dəhlizlər vasitəsilə Ukrayna taxıl ölkə ərazisindən daşınsın və sonra “taxıl lazım olan yerə” ixrac olunsun.
Macarıstan, Polşa və Slovakiya sentyabrın 15-dən Ukrayna taxılının idxalına qadağa qoyub. Ukrayna Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib və üç Avropa ölkəsinin qeyri-dost hərəkətləri ilə bağlı araşdırmaya başlanılıb.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər