Bütün xəbərlər
Orban: "Rusiya və ABŞ 2026-cı ildə AB olmadan Ukraynadakı münaqişəni həll edə bilərlər"
Tarix: 31-12-2025 21:48 | Bölmə: Manşet

ABŞ prezident administrasiyası 2026-cı ildə AB nümayəndələrinin iştirakı olmadan Ukraynadakı münaqişənin dinc yolla həlli ilə bağlı Rusiya ilə razılığa gələ bilər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban da bu fikri bölüşüb.
M1 televiziya kanalına verdiyi müsahibədə hökumət başçısı ötən ili yekunlaşdırıb və gələn il üçün proqnozlarını açıqlayıb. Orban həmçinin əsas problemin Qərbdəki parçalanma olduğunu bildirib.
"2026-cı ildə böyük sual ABŞ və Avropa arasındakı qarşıdurmanın amerikalıların avropalıların iştirakı olmadan ruslarla sülh bağlayacağı nöqtəyə çatıb-çatmayacağı olacaq", - deyə, Orban bildirib.
Bundan əvvəl Macarıstanın Baş naziri vurğulayıb ki, Ukraynadakı münaqişəyə Avropanın münasibəti dəyişir.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər