Bütün xəbərlər
ABŞ Dövlət Departamenti amerikalıları dərhal Rusiyanı tərk etməyə çağırıb
Tarix: 02-01-2026 17:34 | Bölmə: Dünya

ABŞ Dövlət Departamenti Rusiyadakı vətəndaşları üçün fövqəladə xəbərdarlığını uzadıb. "Fox News"un rəsmi sənədə istinadən verdiyi məlumata görə, amerikalılara ölkəni dərhal tərk etmələri tövsiyə olunur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Xəbərdarlıqda vurğulanır ki, amerikalı diplomatların Rusiyadakı həmvətənlərinə dəstək vermək imkanları hazırda ciddi şəkildə məhduddur.
Oxşar mesaj 2024-cü ilin mart ayında "Crocus City Hall" konsert salonunda baş verən terror aktından sonra verilmişdi. Amerika vətəndaşlarına Rusiyaya səyahət etməmək, Rusiya Federasiyasında yaşayan və ya səyahət edənlərə isə ölkəni dərhal tərk etmək tövsiyə olunub.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər