Bütün xəbərlər
Ukraynaya daha iki "Patriot" hava hücumundan müdafiə sistemi gəldi
Tarix: 01-01-2026 15:35 | Bölmə: Karusel

Ukraynaya daha iki "Patriot" hava hücumundan müdafiə sistemi gəldi. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi bu barədə məlumat verib.
Nazirlik qeyd edib ki, çatdırılma Almaniya hökuməti ilə son razılaşmalar sayəsində mümkün olub.
Sənədlərdə deyilir ki, "Daha iki "Patriot" hava hücumundan müdafiə sistemi vacib infrastrukturu qorumağa başlayıb".
16 dekabrda Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya iki "Patriot" hava hücumundan müdafiə sisteminin və bir IRIS-T sisteminin göndərildiyini elan edib.



Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər