Bütün xəbərlər
Ərdoğan Ukrayna münaqişəsinin həllini Trampla müzakirə edəcək
Tarix: 02-01-2026 17:40 | Bölmə: Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 5 yanvar Bazar ertəsi günü ABŞ prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həllini müzakirə etməyi planlaşdırdığını açıqladı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyə lideri bunu cümə namazından sonra jurnalistlərə bildirib.
Ərdoğan həm Rusiya prezidenti Vladimir Putin, həm də Trampla əlaqələrini davam etdirdiyini qeyd edib.
TASS Türkiyə liderinin sözlərini sitat gətirib: "Bazar ertəsi axşamı Trampla yenidən danışacağam; Ukrayna münaqişəsinin həlli və Fələstin məsələsini müzakirə edəcəyik".
O, xatırladıb ki, 5 yanvarda Parisdə Türkiyəni xarici işlər naziri Hakan Fidanın təmsil edəcəyi sözdə "könüllülər koalisiyası"nın zirvə görüşü keçiriləcək.
1 yanvarda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun Türkiyədə Fidanla görüşdüyü bildirilib. Danışıqların əsas mövzusu əsir mübadiləsinin bərpası olub.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər