Bütün xəbərlər
"Laskovıy may"ın prodüseri Andrey Razin beynəlxalq axtarışa verilib
Tarix: 31-12-2025 18:38 | Bölmə: Mədəniyyət

TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, "Laskovıy may"ın prodüseri Andrey Razin irimiqyaslı fırıldaqçılıq ittihamı ilə beynəlxalq axtarışa verilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayət işi başlandıqdan sonra prodüser Rusiyanı tərk edib və ABŞ-da gizləndiyi güman edilir.
Agentlik öz mənbəyinə istinadən bildirib ki, "Müstəntiq beynəlxalq axtarışa verilən siyahıdan əlavə, Andrey Razini də beynəlxalq axtarışa verib".
Razinə qiyabi ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib. Müstəntiqlərin sözlərinə görə, o, uzun müddətdir ki, "Laskovıy may"ın mahnılarının müəllifi şair Sergey Kuznetsovla saxta müqavilədən istifadə edib və Kuznetsovun əsərlərinin ifasına görə pul qazanıb. Kuznetsovun dul arvadı işdə zərərçəkmiş kimi qeyd olunur. Bəzi məlumatlara görə, dəymiş ziyan təxminən 500 milyon rubl qiymətləndirilir.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər
29-12-2025, 19:13 QIZIL ALMA